Türkiyəli gənclər Azərbaycanın dövlət rəsmiləri ilə görüşmüşlər

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəvəti ilə Türkiyənin Tələbə Birliyinin (TTB) sədri Nihat Buğra Ağaoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

ATGTİ-nin mətbuat xidmətindən bildirmişlər ki, türkiyəli gənclər artıq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşmüş, hər iki ölkənin tələbə təşkilatları arasında mövcud əlaqələrlə tanış olmuşlar. Eyni zamanda,  qonaqlar gənclər və idman nazirinin müavini İntiqam Babayev ilə də görüşmüşlər.

Mayın 5-dək davam edən səfər çərçivəsində türkiyəli qonaqların Azərbaycanın digər dövlət qurumları və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri gözlənilir. Görüşlərdə ikitərəfli əlaqələrin prespektivləri müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 may.- S.5.