2013-cü il yanvarın 28-də Tirana şəhərində imzalanmış «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində Əməkdaşlıq Proqramı»nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 1. 2013-cü il yanvarın 28-də Tirana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində Əməkdaşlıq Proqramı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın

1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.1.