«Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları»nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹11, maddə 704; 2003, ¹10, maddə 563; 2004, ¹12, maddə 1005; 2005, ¹2, maddə 69; 2008, ¹1, maddə 8; 2012, ¹11, maddə 1082) ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 2.4-cü bəndində "Qoruğu ərazisində və qoruğa" sözləri "və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.