2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xorvatiya Respublikasının Sosial Siyasət və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xorvatiya Respublikasının Sosial Siyasət və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.