2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış «Azərbaycan Respublikasının Müdafiə NazirliyiÇin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş»in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

1. 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə NazirliyiÇin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.