2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Milli Elmlər Akademiyası bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.