İqtisadi inkişaf naziri Şahin Mustafayev Samuxda vətəndaşları qəbul etmişdir

 

Mayın 4-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Samux rayonunda, Samuxla yanaşı, Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Daşkəsən, Göygöl, Kəlbəcər, Xocalı rayonlarından olan 50-dən artıq vətəndaşı qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də nazirliyin səlahiyyətinə aid olan digər məsələlərlə bağlı müraciətlər etmişlər. Qəbul zamanı vətəndaşların arzu və təklifləri, həmçinin şikayətləri diqqətlə dinlənilmiş, onlardan bəziləri yerindəcə həll edilmiş, bəziləri nəzarətə götürülmüş, bəziləri isə nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.4.