Bakıda ulu öndərin 90 illik yubileyinə həsr edilmiş «Heydər Əliyev: Böyük azərbaycanlı» mövzusunda konfrans keçirilmişdir

 

Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev: Böyük azərbaycanlı" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı açan YAP sədrinin müavini - icra katibi Əli ƏHMƏDOV ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı, onun xilaskarquruculuq missiyası ilə bilavasitə əlaqədar olduğunu vurğulayan Əli Əhmədov bildirmişdir ki, ölkəmizin çoxəsrlik tarixində bu dövrün xüsusi yerirolu vardır. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının və onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərmək imkanındadır.

Konfransda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV "Ən böyük azərbaycanlının arzu və istəkləri uğurla həyata keçir" mövzusunda məruzə ilə çıxış etmişdir.

Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayan Baş nazirin müavini böyük dövlət xadiminin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının xalqımıza baha başa gəldiyini, Ermənistandan 250 mindən artıq azərbaycanlının sürgün edildiyini, ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın doğma yurdlarından didərgin düşdüyünü diqqətə çatdırmışdır. Natiq 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndərin bütün çətinliklərə sinə gərərək dövləti zamanın ağır sınaqlarından mərdliklə çıxardığını, məhvolma təhlükəsindən xilas etdiyini, vətəndaş müharibəsinə son qoyduğunu, ölkəmizin siyasiiqtisadi yüksəlişi üçün etibarlı baza yaratdığını bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə cəbhədə atəşkəsə nail olunmuş, qaçqın və məcburi köçkünlərlə əlaqədar 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir. Dahi şəxsiyyətin sədrliyi ilə 1998-ci il iyunun 27-də bu istiqamətdə Ümumrespublika müşavirəsi keçirilmiş, həmin il sentyabrın 27-də imzaladığı sərəncamla Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı təsdiq edilmiş, 2002-ci ildə ümummilli liderin iştirakı ilə Goranboy rayonu ərazisindəki ilk məcburi köçkün şəhərciyinin açılışı olmuşdur. Qeyd edilmişdir ki, əhalinin ən həssas qrupu olan qaçqın və məcburi köçkünlər daha ağır şəraitdə yaşamalarına  baxmayaraq, ümummilli lider Heydər Əliyevin bu diqqət və qayğısına cavab olaraq daim dövlətə sadiqliklərini göstərərək bütün ictimai-siyasi proseslərdə dövlətçiliyi müdafiə etmiş və etməkdədirlər.

Baş nazirin müavini Əli Həsənov ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikamızda yaradılmış güclü iqtisadi zəmin əsasında ötən on ildə ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyini, dövlət quruculuğunun möhkəmləndirildiyini, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində qətiyyətli, sistemli addımların atıldığını vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli liderin uzaqgörən siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, inkişafın Azərbaycan modelini yaratmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev 2003-2012-ci illərdə qaçqın və məcburi köçkünlərlə bağlı 49 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti 165 qərar və sərəncam, Milli Məclis 10 qanun qəbul etmişdir. Ümumilikdə 1993-2012-ci illərdə bu istiqamətdə 4,3 milyard manat məbləğində vəsait sərf olunmuşdur ki, bunun 77 faizi son on ildə - Prezident İlham Əliyevin rəhbərliyi dövründə istifadə edilmişdir.

Əli Həsənov çıxışının sonunda ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Azərbaycanın qurtuluş, inkişaf, milli tərəqqi salnaməsi olduğunu vurğulamışdır.  

 

* * *

 

Milli Məclis Sədrinin birinci müavini Ziyafət ƏSGƏROV "Azərbaycanın özü qədər əbədi Heydər Əliyev" mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər hər zaman yetişmir. Belə şəxsiyyətlər öz xalqlarının həyatının ağır və böhranlı dövrlərində tarix səhnəsinə çıxıb missiyalarını yerinə yetirirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın fəlakətlə üz-üzə qaldığı bir dövrdə ümummilli lider həyatını təhlükəyə ataraq tariximizə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. Belə bir ağır vəziyyətdə ulu öndər ölkə daxilində siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin vəzifənin öhdəsindən məharətlə gəldi. Bununla da əsaslı sosial-iqtisadi dəyişikliklərə başlandı, iqtisadiyyatda liberallaşmanın təmin edilməsi, xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin formalaşdırılması istiqamətində addımlar atıldı, Azərbaycana investisiya qoymaq istəyən ölkələr üçün əlverişli şərait yarandı və ölkəmizin dinamik inkişafının əsası qoyuldu. Beləliklə, Azərbaycan parçalanmaqdünya xəritəsindən silinmək təhlükəsindən Heydər Əliyevin müdrikliyi və əzmkarlığı sayəsində xilas oldu. Ulu öndər bütün qüvvəsini ölkəmizin sosial-iqtisadi inkişafına, Silahlı Qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi. Ümummilli liderin əzmkarlığı və uzaqgörənliyi sayəsində həyata keçirilən neft-qaz layihələri Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etməklə yanaşı, regionun sosial-iqtisadi mənzərəsinin dəyişməsinə təkan verdi, respublikamızın geostrateji mövqeyinin möhkəmlənməsinə şərait yaratdı.

Z.Əsgərov demişdir: "Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən birielmi cəhətdən əsaslandırılan və milli maraqlara söykənən xarici siyasətin müəyyən edilməsi idi. Lakin həmin dövrdə milli maraqlara əsaslanan xarici siyasət kursunun əsas hədəflərini müəyyən etmək o qədər də asan məsələ deyildi. Dünyadaregionda gedən siyasi proseslərə dərindən bələd olan ulu öndər Heydər Əliyev Azərbaycanın geosiyasi mövqeyini, ölkənin zəngin enerji resurslarına malik olmasını, böyük güc mərkəzlərinin və region dövlətlərinin iqtisadigeosiyasi maraqlarını nəzərə alaraq milli maraqlara söykənən xarici siyasət kursunu müəyyən etdi".  

Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırmışdır ki, istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində ulu öndər azərbaycançılıq ideologiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində misilsiz xidmətlər göstərmiş və bu ideologiyaya daim sadiq qalmışdır. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri o idi ki, dilindən, dinindən, etnik mənsubiyyətindən və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların Vətənidir.

Z.Əsgərov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxilixarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

 

* * *

 

"Ümmandan bir damla" mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel MƏHƏRRƏMOV demişdir ki, bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikamızda strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı nəticəsində keçmiş SSRİ-də bir sıra strateji əhəmiyyətli müəssisələr məhz Azərbaycanda inşa olundu, bununla da ölkəmizin gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı.

Akademik A.Məhərrəmov bildirmişdir ki, hələ sovet dövründə ulu öndər milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini ön plana çəkmişdir. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi məhz ümummilli liderin səyləri sayəsində baş tutmuşdur. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində əsas yer tutan elmə, təhsilə qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif respublikalarında Azərbaycandan təhsil almaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu rəqəm min nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin diqqət və qayğısı sayəsində 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

Rektor bildirmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev təhsil sistemində baş verən boşluqları doldurmaq, problemləri aradan qaldırmaq üçün böyük qüvvə sərf etmişdir. Ümummilli liderin hər zaman Bakı Dövlət Universitetinə xüsusi diqqətlə yanaşdığını söyləyən A.Məhərrəmov məhz onun qayğısı sayəsində 1994-cü ildə bu ali təhsil ocağının 75 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini xatırlatmışdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin 80 illik yubiley mərasiminin keçirilməsi də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir.

A.Məhərrəmov demişdir: "Sevindirici haldır ki, ulu öndərin siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı elm və təhsil problemlərini də diqqət mərkəzində saxlayır, ümummilli liderin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir".

 

* * *

 

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVANIN "Gender bərabərliyi Heydər Əliyevin azərbaycançılıq ideologiyası kontekstində" mövzusunda məruzəsi dinlənilmişdir.

H.Hüseynova bildirmişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlıları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətən naminə fədakarlıq nümayiş etdirdilər. Azərbaycançılıq müstəqil Azərbaycanın istiqlalı, demokratik dövlət uğrunda mübarizə yolunu seçən xalqımızın ideologiyasına çevrildi. Məhz ümummilli liderin siyasəti Azərbaycan əhalisində dövlətçilik şüurunu, milli mənlik qürurunu formalaşdırdı.

Komitə sədri demişdir ki, Heydər Əliyevin fəaliyyət istiqamətlərindən biri onun sosial siyasətində gender bərabərliyinin gücləndirilməsi məsələsi olmuşdur. Bu gün dövrün siyasi-iqtisadi, elmi-mədəni səviyyəsi və sosial siyasətin gender aspekti ümummilli liderin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq görərik ki, əslində sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin əsası elə o vaxtdan qoyulmuşdur. Hələ BMT, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, ulu öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Ümummilli lider qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Məhz buna görə də ulu öndər Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq səviyyədə təmsil etməyi bacaran, milliictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da genişləndirirdi. Bu da qadın hərəkatının inkişafında mühüm rol oynamışdır. O illərdə bu sahədə qadınlarla bağlı ən mühüm məsələ Azərbaycanda qadın qurultaylarının keçirilməsi olmuşdur.

Vurğulanmışdır ki, 1990-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial-iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan vermişdi. Ulu öndər 1994-cü il sentyabrın 19-da "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" fərman imzalamışdır. Nəticədə 1995-ci ilin sentyabrında Pekində keçirilən IV Ümumdünya Qadınları Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etmişdi.

Hicran Hüseynova vurğulamışdır ki, Azərbaycan qadınlarının 2003-cü ildə keçirilmiş II qurultayı ölkəmizdə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda, Heydər Əliyevin qadın siyasətinin təntənəsi kimi tarixə çevrilmişdir. 2006-cı il fevralın 6-da Prezident İlham Əliyevin imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu, ailə, qadın və uşaq problemlərinin dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil etdiyinin göstəricisidir.

Azərbaycanın birinci xanımının həm ictimai fəaliyyətində, həm də şəxsi həyatında ölkə qadınlarına nümunə olduğunu bildirən Hicran Hüseynova Mehriban xanım Əliyevanın ailə ənənələrinə, milli-mənəvi dəyərlərə, azərbaycançılıq düşüncəsinə könüldən bağlılığını xüsusi vurğulamışdır.

 

* * *

 

"Azərbaycan iqtisadiyyatında Heydər Əliyev mərhələsi" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin HACIYEV ümummilli liderin iqtisadi idarəetmə sahəsindəki böyük irsinin həm nəzəri metodoloji, həm də praktiki baxımdan elmi cəhətdən qiymətləndirilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, dahi şəxsiyyətin siyasəti nəticəsində 1969-1982-ci illərdə iqtisadiyyatımızın formalaşdırılmış, fəaliyyətdə olan mexanizmi 1987-1993-cü illərdə diletant idarəçilik nəticəsində əsaslı deqradasiyaya məruz qalmışdır. Müstəqilliyimizin ilk illərində iqtisadi idarəetmədə islahat xarakterli bəzi tədbirlərin aparılmasına cəhd edilsə də, sistemli və ardıcıl siyasət yox idi.

Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan dövlətinin inkişaf hədəfləri ilk dəfə 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilmiş Heydər Əliyevin parlament tribunasındakı ilk çıxışında dediyi "Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri olmalıdır" sözlərində əksini tapmışdır. Ümummilli liderin iqtisadi islahatların həyata keçirilməsinə baxışlarını səciyyələndirən ən mühüm cəhət islahatların reallaşdırılmasının öncül istiqamətlərinin düzgün və məntiqli ardıcıllıqla seçilməsindən ibarət olmuşdur. Heydər Əliyevin bilavasitə dövlət rəhbəri kimi formalaşdırdığı milli iqtisadi inkişaf strategiyası əslində, elmi əsaslara söykənən, strateji maraqlara xidmət edən, demokratik dəyərlərə malikdünyaya açıq, sosialyönümlü iqtisadi inkişaf modelinə çevrilmişdir. Ağır geoiqtisadi fonda iqtisadi inkişafın bərpa edilməsi, iqtisadi inkişafın daxili mənbələrinin düzgün istifadəsi, dövlətin iqtisadi inkişafiqtisadi idarəetmədəki rolus. Azərbaycanın iqtisadi inkişaf modelini xarakterizə edən əsas amillərdir. Dünyada beş ilə yaxındır tüğyan edən böhran və tənəzzül fonunda Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf məhz bu amillərin doğruluğunu göstərir.

Qeyd edilmişdir ki, son on ildə Azərbaycan iqtisadiyyatı özünün inkişaf xüsusiyyətlərinə görə dünyanın lider ölkəsinə çevrilməklə bərabər, tamamilə yeni istiqamət almışdır. Bu, özünü ilk növbədə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin "sabitlikdən inkişafa doğru" tərəqqi strategiyasının məntiqi nəticəsidir.

Regional inkişafın hökumətin iqtisadi siyasətində 2003-cü ildən başlayaraq əsas yer tutduğunu vurğulayan rektor bu istiqamətdə bir neçə dövlət proqramının, ayrı-ayrı tədbirlər toplusunun hazırlanaraq həyata keçirildiyini bildirmişdir. Cari ilin iqtisadi siyasətimizin uğurlarının davam etdirilməsi və sosial-iqtisadi inkişafın yeni çağırışları baxımından mühüm mərhələ olacağını bildirən məruzəçi belə çağırışların Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapdığını diqqətə çatdırmışdır.

Konfransa yekun vuran Əli ƏHMƏDOV demişdir ki, Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dar tarixi çərçivələrə sığan hadisə kimi qavranılmır. Azərbaycanın müasir tarixi, xüsusən bu tarixin ulu öndərin vəfatından keçən hissəsi təsdiq edir ki, həmin missiyaya onun yaratdığı gerçəkliklər real siyasi amil olaraq qalmaqdadır.

Bildirilmişdir ki, Heydər Əliyev strategiyasının müasir inkişafın ideya əsası rolunda çıxış etməsi onun universal mahiyyətindən irəli gəlir. Bu strategiya ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən böyük perspektiv üçün nəzərdə tutulmuşdur. Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası onun xilaskarlıq və quruculuq missiyasının kökündə dayanan ideyaların praktik fəaliyyətə transformasiya edərək bu gün insanların davranışlarını stimullaşdırdığını sübuta yetirir. Xilaskarlıq missiyasının ortaya qoyduğu real müstəvidə inkişaf, quruculuq məfkurəsi müasir Azərbaycanın yüksəliş fəlsəfəsində özünü büruzə verir.

Əli Əhmədov vurğulamışdır ki, Azərbaycanın tarixinə dahi xilaskar, böyük qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici amilidir. Ümummilli liderin təlatümlərdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəkliklərində təzahür edir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 may.- S.3.