Rabitə və informasiya texnologiyaları naziri Bərdədə vətəndaşları qəbul edəcəkdir

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  mayın 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcəkdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, qəbula yazılmaq istəyən vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", (012) 598 38 18  nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.13.