Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvünü qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Teodora Bakayanisi qəbul etmişdir.

Görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı, Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurasında uğurlu əməkdaşlığının önəmi qeyd edildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 may.- S.3.