Milli təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyində (MTN) tədbirlər keçirilmişdir.

MTN-in İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və rəhbər heyət ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar.

Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, dinləyiciləri və kursantları dahi şəxsiyyətin anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik etmiş, onlara ulu öndərin Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunması irsinin öyrənilməsi və davam etdirilməsi kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Tədbirin sonunda "Şöhrət" muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara medallar və təhsildə nailiyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilmişdir.

General-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, hər bir azərbaycanlı üçün əziz olan bu hadisə ölkənin tarixitaleyi ilə sıx bağlıdır. Çünki Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri olmuşdur. Ulu öndər milli maraqlara xidmət edən əvəzsiz fəaliyyəti ilə ümummilli lider statusunu hələ sağlığında qazanmışdır.

Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışdığı və respublikaya rəhbərlik etdiyi hər iki dövrdə yalnız milli maraqlara xidmət etmiş, bütün siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyi və inkişafı naminə olmuşdur. 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayarkən ölkəmiz bütün göstəricilər üzrə keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Bu gün isə nəinki MDB, ümumən dünyada ən sürətlə inkişaf edən dövlətlər sırasındadır. Çünki Heydər Əliyev hələ o zaman Azərbaycanın kadr potensialını, iqtisadi infrastrukturunu və inkişafını təmin etmiş, bununla da müstəqil Azərbaycanın əsasları qoyulmuşdur.

Qeyd olunmuşdur ki, Sovetlər birliyinin sarsılmaz olduğuna heç kimin şübhə etmədiyi illərdə Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayırdı. Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaxın tarixi də aydın surətdə göstərir. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi illərdə Milli Təhlükəsizlik Nazirliyində artıq peşəkar milli kadr potensialı var idi. Müstəqil dövlətin təhlükəsizlik orqanında peşəkarların yetişməsi ümummilli lider Heydər Əliyevin ötən əsrin 60-70-ci illərində dövlət təhlükəsizlik orqanlarında inadla apardığı milliləşmə siyasətinin bəhrəsi idi.

Nazir Eldar Mahmudov qeyd etmişdir ki, Heydər Əliyev daim təhlükəsizlik orqanlarına hərtərəfli qayğı göstərmiş, yeni peşəkar nəslin yetişməsinə şərait yaratmışdır. Bu dahi insanın təhlükəsizlik və hərb sahəsində xidmətləri əvəzsizdir. İlk növbədə milli zabit kadr hazırlığı üçün onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması xüsusi qeyd olunmalıdır. Bu mühüm tarixi hadisə müstəqil dövlətimizin taleyində və Milli Ordunun yaradılmasında böyük rol oynamışdır.

Ulu öndərin təhlükəsizlik orqanlarındakı genişmiqyaslı fəaliyyətində böyük peşəkarlıqla şəxsən həyata keçirdiyi və hər bir əks-kəşfiyyatçı üçün əsl örnək olan çoxsaylı əməliyyatların özünəməxsus yeri vardır. Əks-kəşfiyyatın klassik nümunələri olan bu əməliyyatlar Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə yanaşı, MDB məkanının bir sıra şəhərlərindəki xüsusi xidmət orqanlarının məktəblərində bugünədək ən uğurlu praktik nümunələr kimi tədris olunur.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın tarixi torpaqları və ayrılmaz tərkib hissəsi olan Qarabağda erməni daşnakların separatçılıq cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır. Heydər Əliyevin SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinə göndərdiyi hesabatlarda bu kimi hadisələrdə Ermənistanda açıq fəaliyyət göstərən millətçi-ekstremist dairələrin birbaşa rolunun olduğubunun gələcək fəsadları qətiyyətlə qeyd edilmişdir. Hadisələrin erməni daşnaklar tərəfindən təşkil edildiyi bildirilirbunu təsdiq edən faktlar göstərilirdi. Ulu öndər sonradan Moskvada yüksək vəzifədə işlədiyi vaxtlarda da Azərbaycanı qorumaq missiyasını davam etdirmişdir.

Keçmiş SSRİ-nin rəhbərlərindən olan Heydər Əliyev vəzifədən istefa verdikdən sonra, təəssüf ki, Azərbaycan ardıcıl surətdə faciələrə məruz qalmışdır. 1990-cı ildə Azərbaycan tarixində ən qanlı günlərdən biri - 20 Yanvar faciəsi baş vermişdir. Sonra Dağlıq Qarabağ işğal olunmuş, Xocalı soyqırımı və digər fəlakətlər törədilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəni xaosdan, vətəndaş müharibəsindən və parçalanmadan xilas etmişdir. Tezliklə qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmışdır. Nizami ordu yaradılmağa başlanmış, sabitlik bərqərar olunmuş və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Həmin illərdə dövlət idarəetmə sisteminin müxtəlif sahələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də dönüş başlanmışdır. Müstəqillik dövründə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətləri Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların daxilixarici təhdidlərdən qorunmasına yönəldilmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasəti üzrə ən vacib qərarlarından biri peşəkar zabit kadrlarının yetişdirilməsi idi. 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır. Artıq 15 ildir ki, akademiyada ixtisaslı kadrlar hazırlanır.

Nazir Eldar Mahmudov qeyd etmişdir ki, müstəqilliyimizin Heydər Əliyev dövrü sözün əsl mənasında sabitlikinkişaf mərhələsi idi. Ulu öndər böyük zəhmət, gərgin səylər hesabına Azərbaycanı fəlakətdən xilas etdigeniş inkişaf yoluna çıxartdı.

Ulu öndərin başladığı milli dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilmişdir. İqtisadi, sosial, mədəni və sair sahələrdə aparılan islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Azərbaycan bu gün dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.

Azərbaycan Respublikasında milli təhlükəsizlik təminatı prosesi məqsədyönlü və dönməz xarakter daşıyır. Azərbaycan regional və beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında, beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Dövlətimiz və müstəqilliyimiz möhkəmlənir, Azərbaycan qüdrətlənir.

Biz fəxr edirik ki, ulu öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin inkişaf etdirdiyi müstəqil Azərbaycanda yaşayırıq. Milli təhlükəsizlik orqanlarının əməkdaşları fəxr edirlər ki, ümummilli liderin çalışdığı və rəhbərlik etdiyi mühüm dövlət strukturunda xidmət aparırlar. Bizim təşkilatın əbədi fəxri rəhbəri olan Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafı istiqamətindəki xidmətlərini Prezidentimiz İlham Əliyevin bir fikri ilə ifadə etmək istərdim: "Milli təhlükəsizlik orqanlarının formalaşmasında Heydər Əliyevin çox böyük rolu olmuşdur".

Nazir Eldar Mahmudov bildirmişdir ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları Azərbaycanın qüdrətlənməsinə bundan sonra da layiqli töhfələrini verəcəklər. Heydər Əliyevin azərbaycançılıq ənənələrinə sadiq olan şəxsi heyət Azərbaycanın təhlükəsiz və sabit ölkə imicinin qorunmasında bütün qüvvə və səylərini əsirgəməyəcəkdir. Bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcək, Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşımızda qoyduğu yeni vəzifələrin daim qüsursuz yerinə yetirilməsinə nail olacaqdır.

Sonra çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi Ziya Yusif-zadə bildirmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisiqurucusu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycan müstəqillik yolunda inamla addımlayır. Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü daxilixarici siyasətinin, elmi əsaslara söykənən sosial-iqtisadi strategiyası və onların uğurla həyata keçirilməsi bütün sahələrdə davamlı inkişafı təmin etmiş, böyük nailiyyətlər əldə olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək bu əlamətdar hadisə ilə əlaqədar milli təhlükəsizlik orqanlarının əməkdaşlarını, ulu öndərin peşəkarlıq məktəbinin davamçılarını təbrik edərək bildirmişdir ki, 90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq tarixi-elmi baxımdan böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev xalqımızın lideri kimi hər zaman Azərbaycanın yüksəlişi naminə, dövlətimizin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş, tarixin bütün dönəmlərində xalqının maraqlarını və mənafelərini şərəflə qorumuşdur.

Yaqub Mahmudov AMEA-nın Tarix İnstitutu tərəfindən ulu öndər haqqında hazırlanmış yeni kitabları Milli Təhlükəsizlik Nazirliyinə hədiyyə etmişdir.

Sonra xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin xalqla, dövlətçiliklə, müstəqilliklə qırılmaz surətdə bağlı olan zəngin həyatının hər bir vətənpərvər azərbaycanlı üçün örnək olduğunu qeyd etmişdir. Məhz buna görədir ki, ulu öndərin milli maraqlara söykənən fəaliyyətinin və təcrübəsinin mənimsənilməsi sahəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daim ardıcıl addımlar atılır, ulu öndərin azərbaycançılıq irsinin gənc nəslə çatdırılması üçün yüksək səviyyədə əyani vəsaitlər, o cümlədən sənədli və bədii filmlər hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunmuş, Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü və materialları əsasında Vaqif Mustafayevin hazırladığı yeni sənədli film ilk dəfə nümayiş etdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində konsert təşkil edilmişdir. Ulu öndərə həsr olunmuş musiqili kompozisiyalar, söylənilən şeirlər, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin çıxışı, eləcə də MTN-in Mədəniyyət Mərkəzinin nəzdindəki "Rəngli duyğular" rəsm studiyasının şagirdlərinin əl işləri nümunələrinin nümayişi alqışlarla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 may.- S.13.