Yeniyetmələrin vətənpərvərlik hazırlığı günün aktual məsələsidir

 

Bütün dövrlərdə olduğu kimi, etnik, dini, ərazi iddiası zəminində yaranan silahlı münaqişələr hazırkı dövrdə də mövcuddur. Ölkələr öz əhalisinin müəyyən təbəqəsinin (yeniyetmələrin, gənclərin) bu kimi fövqəladə hallara hazır olması üçün müvafiq qurumlar və təşkilatlar yaradır və onlar vasitəsilə vətəndaşların vətənpərvərlik hazırlığını həyata keçirir. Məsələn, Rusiya Federasiyasında ümumtəhsil məktəblərinin tam orta təhsil pilləsində "Həyat fəaliyyəti təhlükəsizliyinin əsasları" fənninin tədrisi ilə yanaşı, ölkədə büdcədən maliyyələşən "Vətənpərvərlik tərbiyəsi mərkəzləri" də fəaliyyət göstərir.

Ölkəmizdə bu sahədə aparılan işlərin kökü ümummilli lider Heydər Əliyevin bugünümüzü hədəf alaraq apardığı hərbi kadr potensialının yaradılması planlarının həyata keçirilməsindən başlayır. Qədim türk soyu kimi azərbaycanlılarda vətənpərvərlik, torpağa bağlılıq, özünümüdafiə hissləri hələ qədim dövrlərdən xalqımızın mənəviyyatına hakim kəsilmiş, öz milli heysiyyətini, torpağını, ərazi bütövlüyünüsuverenliyini qorumaq üçün dəfələrlə mübarizəyə qalxmış, amansız çarpışmalarda öz varlığını  qorumağa  məcbur olmuşdur.

Çox mürəkkəb geosiyasi coğrafi ərazidə yerləşən ölkəmiz, tarix boyu daim   silahlı çarpışmalara cəlb edilən xalqımız silahlı mübarizə qabiliyyətini əldə  saxlamaq üçün bütün zamanlarda, bugünkü dildə desək, döyüş hazırlığını əldə saxlamağa məcbur olmuşdur. Hələ qədim dövrlərdən, xüsusilə xalqımızın əsas kütləsini təşkil edən elat və yarımköçəri tayfalarda uşaqlar hələ çox kiçik  yaşlarından at sürmək, ox atmaq, qılınc oynatmaq kimi hərbi vərdişlərə  yiyələnir və bütün həyatları boyu bu vərdişləri cilalayaraq çox yüksək döyüş  qabiliyyətinə nail olurdular. Qızlar və qadınlar da bu hazırlıqdan kənarda   qalmır, ölkənin müdafiəsində iştirak edirdilər.

Xalqımızın tarixi belə nümunələrlə  zəngindir. Belə ki, hələ eramızdan əvvəl İran şahı Kirin ölkəmizə  hücumu  zamanı ona qarşı inadla döyüşən əsgərlərin qadın olması onu heyrətə gətirmişdi. XIX əsrin əvvəllərində Rusiyanın Gəncə xanlığına hücumu zamanı Cavad xan ailəsi ilə birlikdə işğalçılara qarşı döyüşmüş, özüiki oğlu şəhid olmuş, həyat yoldaşı Şükufə bəyim əsir düşsə də, düşmənə baş əyməmiş, rus  generalını öldürməyə cəhd etmişdir.

XIX əsrin əvvəllərində rus işğalı dövründən başlayaraq Azərbaycan xalqının tarixi ənənələrlə bağlı bütün  yaddaşı ilə bərabər, onun hərbi ənənələrini də unutdurmağa cəhd edərək hər vəchlə xalqımızı hərbi işlərdən kənarlaşdırmağa çalışmışlar. Sovet dövründə də xalqımıza və onun hərbi ənənələrinə yad münasibət davam etmişdir.

Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra xalqımızın hərbi ənənələrinin bərpası yolunda real addımlar atılmağa başlandı. C.Naxçıvanski adına hərbi liseyin açılması, Bakı Ali  Hərbi Məktəbin rəhbərliyinə general-leytenant V.Bərşadlının rəis təyin edilməsi, vitse-admiral Həmid Qasımbəyovun Xəzər Donanmasının komandanı vəzifəsinə, general-polkovnik Tofiq Ağahüseynovun Bakı Hava Hücumundan Müdafiə Dairəsinə komandan vəzifəsinə təyin edilməsi şəxsən Heydər Əliyevin dəstəyi sayəsində mümkün oldu. Xalqın hərb işinə marağının artırılması üçün ulu öndər bütün mümkün imkanlardan istifadə edərək daha çox azərbaycanlı gəncin zabit kimi hazırlanması üçün hərbi komissarlıq və səfərbərlik orqanları qarşısında vəzifələr qoymuşdur. OADKYC xətti ilə daha çox azərbaycanlı hərbi-texniki ixtisaslara yiyələnir və hazırlıqlı hərbi ixtisasçılar kimi ordu sıralarına göndərilirdilər.

Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti gənclərə həyatın bütün sahələrində irəliləməyə şərait yaradır. Bugünün tələbləri vətəndaşların artıq  yeniyetməlik dövründən gələcək ixtisasları üzrə, o cümlədən hərbi ixtisaslar üzrə müəyyən bilik, bacarıq və vərdişlərin əldə edilməsi  tələblərini gənc vətəndaşların qarşısında qoyur.

Dünyada  yeniyetmələrin hərbi vərdişlərə yiyələnmələrinin zəngin təcrübəsi var. İsrail hələ 1958-ci ildə QADNA təşkilatı yaratmışdır. QADNA çağırışaqədərki və çağırışçı gənclərin vətənpərvərlik sahəsində hazırlıq kurslarıdır. Yəhudi yeniyetmələrinin orduda xidmətə hazırlığı onun poçt qutusuna çağırış vərəqəsı gəldiyi andan çox-çox əvvəllər başlayır. Bu ölkədə orduda xidmət çox nüfuzlu bir sayılır və yeniyetmənin vətəndaş kimi formalaşmasında əhəmiyyətli mərhələyə çevrilir. Ordunun elitar bölmələri sayılan təyyarəçi, desant, ordu xüsusi təyinatlılarının sıralarına düşmək üçün toplantılarda çox sərt seçimdən keçmiş şagirdlər sinif yoldaşları arasında fərqləndirilir və mükafatlandırılırlar. Digər ölkələrdə rok ulduzlarya adlı-sanlı idmançılarla dostluqla fəxr edildiyi kimi, burada da gənclər onlarla dostluqlarından qürur duyurlar. Yeniyetmə gənclər hərbi xidmətin ilk təcrübələrini hərbiləşdirilmiş könüllü gənclər təşkilatının düşərgələrində əldə edirlər. Ümumqoşun hazırlığı ilə yanaşı, xüsusi hərbi dəniz və hərbi hava bölmələri fəaliyyət göstərir, orada yeniyetmələr donanmauçuş ixtisasları üzrə praktik biliklərə yiyələnir, dəniz yürüşlərində iştirak edir, planeryüngül təyyarələri idarə etməyi öyrənirlər. QADNA-nın başında İsrail ordusunun ixtisaslı zabitlərindən ibarət komandanlıq dururonlar öz fəaliyyətlərini Təhsil Nazirliyi ilə uzlaşdırırlar. Bu təşkilatın tərkibində döyüş hazırlığı çağırışaqədərki hazırlığın çox əhəmiyyətli sahəsi sayılır. İsrail ordusu gələcək döyüşçülərinin hazırlığına çox ciddi yanaşır. Müdafiə Nazirliyinin gənclərlə üzrə baş zabitinin xidməti bilavasitə bu prosesə rəhbərlik edir. Burada bütün məktəblilər yay tətilində birya bir neçə həftə QADNA-nın yay ordu düşərgələrində olur, onlar bu ordu tətillərini xoş macəra kimi qəbul edirlər. Oğlanlar və qızlar burada əsgər geyimi və avadanlıqları alır, çadır və ya kazarmalarda yaşayır, əsgər yeməkxanasında və ya yürüşdə qidalanır və bəzənsə özləri yemək hazırlamalı olurlar. Ciddi təlimatçı-çavuşlar onlara atıcı silahlardan atış, əlbəyaxa döyüş fəndləri, dözümlülük üçün fiziki məşq və çalışmaların dəyərlərini öyrədirlər. Onlar burada qarovul xidməti aparır, adi əsgər işlərini yerinə yetirirlər. Qrup dərslərinə və ölkə üzrə yürüşlərə xüsusi diqqət yetirilir. Hesab edilir ki, çətinlikləri dəf etmək və valideynlərdən uzaqlıqda birgə həyat yeniyetmələrdə ordu üçün çox böyük əhəmiyyət daşıyan yoldaşlıq və bir-birinə yardım vərdişlərini tərbiyə edir. Şagirdlər valideynlərinin, böyük bacı və qardaşlarının dillərindən ordu həqiqətlərinin həyəcanlı təfsilatlarını, əsgər həyatı ilə bağlı məzhəkələri, tarixçələri, ordu yaradıcılığı və hətta lətifələri öyrənirlər. Axır ki, çoxdan gözlənilən an gəlib çatır və bütün sinif ölkənin ən gözəl rayonlarından birində yerləşmiş QADNA düşərgələrindən birinə gəlir. Şagirdlər burada M-16 tüfəngini və Qalil avtomatını mənimsəyir, müxtəlif vəziyyətlərdən atəş açmağı öyrənirlər. Şagirdlər başa düşməyə başlayırlar ki, əsgərdən hansı çətinlikləri dəf etmək tələb olunur. Onların hər biri çətinlikləri dəf etmək üçün öz imkanlarını, əlaqələrini və sinif yoldaşları ilə dostluğu yenidən qiymətləndirir. Buradan doğma ev və valideynlərlə münasibət tamamilə başqa cür görünür. Bütün bunlar ordu xidmətinə hazırlıqda xüsusi əhəmiyyətli rol oynayır. Yeniyetmələrdə vətənpərvərlik, ordu xidmətinə motivasiya formalaşır, onlar ordu yoldaşlığı və qardaşlığı dərslərini alır və hansı ordu ixtisaslarını seçməyi müəyyənləşdirirlər. Komandirlər uşaqların hər birinə xidmətin perspektivlərini müəyyənləşdirmək üşün yardım edir, onların mənəvi-psixoloji keyfiyyətləri üzrə zəmanət verirlər.

20 ildən artıq bir dövrdə təcavüzə məruz qalmış, ərazisinin 20 faizi işğal altında olan Azərbaycanda belə bir təcrübədən istifadə edilməsi gənclərimizə - gələcək əsgərlərə ancaq fayda vermiş olar və onların hərbi-vətənpərvərlik tərbiyəsinin daha davamlı olmasına kömək göstərərdi və bu, ulu öndərin başladığı və hazırda Ali Baş Komandan İlham Əliyevin layiqincə inkişaf etdirdiyi ordu quruculuğu prosesinə təkan vermiş olar.

 

 

Ceyhun MƏMMƏDYAROV,

Təhsil Problemləri İnstitutunun elmi

işçisi, ehtiyatda olan zabit

 

Azərbaycan.-2013.- 8 may.- S.14.