Rabitə və informasiya texnologiyaları naziri Bərdədə vətəndaşları qəbul etmişdir

 

Mayın 8-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bərdədə bu rayondan, həmçinin Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan və Füzuli rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən qəbulların səmərəsindən danışaraq demişdir ki, nazirlik  bu görüşə əvvəlcədən hazırlaşmışdır. Bildirmişdir ki, dörd ay ərzində bu bölgədən 250-dən artıq vətəndaş nazirliyə müraciət etmişdir. Bu gün onlardan həll olunmamış 21 müraciətə baxılmış, həmçinin digər sakinlər qəbul edilmişdir.

Qəbulda vətəndaşların müraciəti dinlənilmiş, onların telekommunikasiya, rabitə, poçt, radio və televiziya xidmətlərinə dair sualları cavablandırılmışdır.

Vətəndaşları narahat edən məsələlərin bir çoxu qəbul zamanı yerindəcə həll olunmuş, digər müraciətlər isə həll edilməsi üçün qeydə alınmışdır. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2013.- 9 may.- S.13.