Heydər ƏLİYEV: Mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri İlham Əliyev başa
çatdıra biləcək
İstər
bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,
istərsə də onun rəhbəri, prezident kimi mənim həyat
amalım yalnız sizə - bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur. Bu yolda bütün gücümü və
iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib.
Mən
öz mənalı həyatımın düz 60 ilini
xalqımın bugünü və sabahı ilə
yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan
dövlətinə xidmətdə keçib.
İlham
Əliyev yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli övladlarını
öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm.
Azərbaycan.-2013.- 10 may.- S.1.