«Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 739 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 994; 2010, ¹ 7, maddə 625; 2011, ¹ 4, maddə 294; 2012, ¹ 5, maddə 425; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 851 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddə "63-cü maddəsinin birinciikinci cümlələrində," sözləri "63-cü maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda)," sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.4-2-ci, 2.4-3-cü bəndlər və 3-cü hissə əlavə edilsin:

"2.4-2. həmin Əsasnamənin 63-1.2-ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur (bu fərmanın 3-cü hissəsi nəzərə alınmaqla);

2.4-3. həmin Əsasnamənin 63-2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

3. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin işçilərinə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsinin verilməsi Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi ilə razılaşdırılır.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2013-cü il

 

Azərbaycan.-2013.- 12 may.- S.2.