Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Baş naziri Verner Fayman ilə görüşmüşdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri

 

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Fayman ilə görüşmüşdür.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. 

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 14 may.- S.3.