Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyana şəhər meriyasında olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri

 

Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Vyana şəhərinin meri Mixael Höypl ilə görüşmüşdür.

 

Mer Mixael HÖYPL dedi:

 

- Cənab Prezident!

 

Hörmətli qonaqlar!

Vyana Şəhər Şurasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlamaqdan məmnunam. Vyananın paytaxtına xoş gəlmisiniz.

Vyana mədəniyyət şəhəri kimi tanınır. Burada həm müasir, həm tarixi binalar vardır. Konsert zallarını muzeyləri seyr edərkən bunun haradan qaynaqlandığını hər kəs dərhal anlayır.

Vyana həmçinin müasir inkişaf edən şəhərdir. Bu şəhər mədəniyyətlərarası dialoq şəhəridir. Vyananın Nyu-York Cenevrə ilə yanaşı, BMT-nin mühüm qurumlarının yerləşdiyi məkan olması faktı onun xüsusi funksiyalarının rolunun bütün dünyada tanınmasına dəlalət edir. Vyanada bir çox beynəlxalq təşkilatların baş qərargahları yerləşir.

Biz mədəni dini toqquşmalarda mədəniyyətlərarası təmaslara dialoqa sadiqliyimizdən böyük qürur hissi duyuruq. Vyana dialoq, görüş üçün platformadır. Burada hamı siyasi diplomatik həll variantlarının bir araya gəlməsinə inanır. Bu, tarixi ənənələrə keçmişimizə əsaslanır.

Ötən il Vyana ilə Bakı arasında daha intensiv təmaslar baş tutmuşdur. Həmin vaxt Bakıda Vyana balı keçirilmişdir. Bu, Dunay çayının sahilində yerləşən şəhərin Azərbaycan paytaxtını musiqi ilə salamlamağına bənzəyirdi.

2011-ci ilin sonunda rəsmilərdən adamlarından ibarət yüksək rütbəli nümayəndə heyəti Bakıya səfər etmişdir onlar Vyananın təchiz edəcəyi nou-hauya böyük marağın şahidi oldular. Bu, nəqliyyat hərəkatının daşımaların planlaşdırılması idarəçilik kimi şəhər texnologiyaları, alternativ enerji mənbələri, tullantıların işlənilməsi, mədəniyyət turizm obyektlərinin istismarı sahəsində yeniliklər ola bilər.

Azərbaycanın da Vyanada iştirakı yüksələn xətlə artır. Bu halda məşhur xalq tərəfindən sevilən vyanalı memarımız Hans Mozanın paytaxtın 13-cü dairəsindəki keçmiş villasında Azərbaycan səfirliyinin yerləşməsi faktını misal kimi gətirmək olar. Əmin ola bilərsiniz ki, vyanalılar buna çox diqqətlə yanaşırlar.

Cənab Prezident, Vyanaya gəlməyinizdən şəhərimizin qızıl kitabını imzalayacağınızdan olduqca məmnunam. Çünki bu, xalqlarımız arasında olan qarşılıqlı hörmətin təzahürüdür. Vyanaya xoş gəlmisiniz Avstriyada səfərinizə uğurlar arzulayırıq.

 

*   *   *

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli mer, hörmətli dostlar!

İlk öncə, mən Şəhər Şurasına dəvətə Sizinlə görüşmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün mən gözəl ölkənizə ilk rəsmi səfərimi həyata keçirirəm. Prezident Baş nazirlə çox yaxşı müzakirələrimiz olmuşdur.

Biz ikitərəfli dostluq münasibətlərimizi geniş şəkildə nəzərdən keçirdik. Gələcək əməkdaşlıq üçün bir çox geniş perspektivlər müəyyən edildi.

Avstriya ilə Azərbaycan əsl dost tərəfdaşdırlar. Bu gün iki Prezidentin imzaladığı siyasi bəyannamə Dostluq Tərəfdaşlıq Bəyannaməsi adlanır. Bir sözlə, bu, münasibətlərimizin mahiyyətini əks etdirir. Əlbəttə ki, Şəhər Şurasına ziyarət etmək fürsəti böyük şərəfdir.

Əminəm ki, ölkələrimiz arasında təmaslar yerli bələdiyyələr səviyyəsində inkişaf edəcəkdir. Bizim bu sahədə çox müsbət təcrübəmiz vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Stiriya əyaləti arasında, Sumqayıt Lints şəhərləri arasında tərəfdaşlıq vardır. Bunlar qardaşlaşmış məkanlardır.

Ümidvarıq ki, günlərin birində Bakı ilə Vyana daha geniş əməkdaşlığa başlayacaqdır. Çünki bizim aramızda, şəhərlərimiz arasında bir çox oxşarlıqlar vardır. Onlardan biri tarixi irsimizə, memarlığımıza, tarixi abidələrimizə çox diqqətli yanaşmadır. Aramızda olan əməkdaşlıq etimad səviyyəsi o qədər yüksəkdir ki, Azərbaycan Bakının əsas rəmzi - məşhur Qız qalası hazırda avstriyalı mütəxəssislər tərəfindən bərpa edilir. Bakının bir çox yeni rəmzləri, gözəl binalar Avstriya şirkətləri tərəfindən layihələndirilir tikilir.

Ümid edirəm ki, cənab mer, vaxtınız olanda Azərbaycana səfər etdikdə avstriyalı dostlarımızın layihələndirdiyi tikdiyi bir çox gözəl binaları görəcəksiniz. Bu, əməkdaşlığımızın, qarşılıqlı inam etimadın səviyyəsini artırır. Ölkələrimiz dost ölkələrdir fikrimcə, azərbaycanlılar avstriyalılar qədər çox bir-birini tanısalar, səfər etsələr, bir o qədər hamımız üçün yaxşı olar.

Mən dünən səfərimi milli himnimizin müəllifi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsini ziyarət etməklə başlamaqdan olduqca məmnun qaldım. Onun abidəsi 2006-cı ildə Vyananın gözəl guşələrindən birində ucaldılmışdır. Onun məşhur əsəri Vyana teatrında səhnəyə qoyulmuşdur. İki il öncə Prezident Fişer Azərbaycana səfər etdikdə biz bir yerdə dahi bəstəkar Motsartın abidəsini Bakının gözəl meydanlarından birində açdıq. Bu, nəinki məşhur həmvətənlərimizin xatirəsinə olan ehtiramımızın, həmçinin dostluğumuzun, səmimi münasibətlərimizin qarşılıqlı dəstəyin göstəricisidir.

Səfərim zamanı, əlbəttə, biz beynəlxalq səviyyədə olan əlaqələrimizi, ticari münasibətlərimizi müzakirə etdik edəcəyik. Bu gün ölkəmizin potensialını təqdim edən biznes forum keçiriləcəkdir. Eyni zamanda, bu axşam biz Azərbaycanın Mədəniyyət Mərkəzini acacağıq. Bu, Azərbaycanın Avropada açılan ikinci mədəniyyət mərkəzi olacaqdır. Bu, Vyanada - dünya mədəniyyətinin paytaxtlarının birində açılır. Azərbaycan Mədəniyyət Mərkəzinin dünyanın ən gözəl şəhərlərinin birində açılmasının böyük rəmzi mənası vardır. Bu mərkəz bir tərəfdən Azərbaycan mədəniyyətini Avstriyada təşviq edəcək, digər tərəfdən isə xalqlarımız ölkələrimiz arasında dostluq tərəfdaşlıq əlaqələrini quran görüş yerinə çevriləcəkdir.

Mən belə bir möhtəşəm incəsənət abidəsini ziyarət etmək üçün verilmiş dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm  Vyananın bütün sakinlərinə rifah, sülh tərəqqi arzulayıram. Çox sağ olun.

 

*   *   *

 

Azərbaycan Prezidenti İlham Əliyev Vyana şəhər meriyasının xatirə kitabını imzaladı.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 may.- S.3,4.