Avropa Parlamentində «Azərbaycan gecəsi» adlı tədbir keçirilmişdir

 

Mayın 15-də Azərbaycanın Belçikadakı səfirliyi və ARDNŞ-in bu şəhərdəki nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Parlamentində "Azərbaycan gecəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avropa Parlamenti aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli jurnalistlər, Belçika, NiderlandLüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü xanım Kristina OylandMilli Məclisin deputatı Səməd Seyidov çıxış edərək son 20 ildə ölkəmizin keçdiyi inkişaf  yolundan, Avropa İttifaqı-Azərbaycan əlaqələrindən, milli mədəniyyətimizin və musiqimizin zənginliyindən danışmışlar. Tədbir Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etmiş, qonaqlar milli mətbəximizin təamlarından dadmışlar.

"Azərbaycan gecəsi" Brüsseldə fəaliyyət göstərən informasiya agentlikləri tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2013.- 17 may.- S.3.