Vergilər naziri Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. AzərTAc xəbər verir ki, növbəti belə qəbul Qubada  keçirilmişdir.

Vergilər naziri Fazil Məmmədov Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmişdir.

Qəbula gələnlər nazirə vergi sahəsində qarşılaşdıqları problemlərlə bağlı müraciət etmiş, bununla əlaqədar onları narahat edən bəzi məsələlərin həllinə kömək göstərməyi xahiş etmişlər.

Qəbulda nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar vermişdir.

Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.5.