Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,

N 1, maddə 17, N 5, maddə 323; 2002, N 5, maddə 236; 2003, N 1, maddələr 23, 24, N 6, maddə 279; 2004, N 7, maddə 505, N 8, maddə 598, N 10, maddə 761; 2005, N 4, maddələr 277, 278; 2006, N 2, maddə 64, N 12, maddə 1006; 2007, N 1, maddələr 3, 4, N 2, maddə 68, N 5, maddə 439, N 6, maddə 560, N 7, maddə 712, N 8, maddə 756; 2008, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1046; 2009, N 6, maddə 402; 2010, N 2, maddə 75, N 4, maddə 276; 2011, N 6, maddələr 471, 476, N 7, maddələr 583, 619, N 12, maddələr 1096, 1105; 2012, N 5, maddə 411, N 6, maddə 511) 307.2.5-ci maddəsində "pasportdakı" sözü "şəxsiyyətini təsdiq edən sənəddə göstərilən" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.4.