Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Macarıstanda görüşlər keçirmişdir

 

Macarıstanda səfərdə olan Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev macarıstanlı həmkarı Zoltan Baloqla, baş nazir ofisinin dövlət katibi, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşmüşdür. Görüşlərdə səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir.

Nazir eyni zamanda Macarıstanın aparıcı tibb müəssisələrinin və dərman sənayesi firmalarının nümayəndələrinin təşkil etdikləri təqdimat mərasimində də iştirak etmiş, habelə Budapeşt xəstəxanalarından birinin işi ilə tanış olmuşdur.

Nazir Oqtay Şirəliyev və dövlət katibi Piter Siyyarto səfərin nəticələrinə dair birgə mətbuat konfransı keçirmişlər.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.-2013.- 19 may.- S.5.