«Ürəyin cərrahi anatomiyası» mövzusunda praktiki məşğələ keçirilmişdir

 

Mayın 18-də Bakı şəhərindəki  "Gülüstan" sarayında "Ürəyin cərrahi anatomiyası" mövzusunda praktiki məşğələ keçirilmişdir.

AzərTAc xəbər verir ki, 3-cü "Bakı Ürək günləri" beynəlxalq konqresi çərçivəsində keçirilən məşğələdə əvvəlcə Türkiyənin tanınmış professorları Mehmet Ali ÖzatikMehmet Balkanay ürəyin anatomiyası ilə bağlı ətraflı məlumat vermişlər. Sonra Azərbaycanın 30-dan çox gənc kardioloqu heyvan ürəkləri üzərində cərrahiyyə əməliyyatları aparmışlar.

Aparılan əməliyyatlar gənc kardioloqların praktiki biliklərinin artırılması məqsədi ilə keçirilmişdir.

Qeyd edək ki, mayın 17-dən başlayan 3-cü "Bakı Ürək günləri" beynəlxalq konqresində yerli mütəxəssislərlə yanaşı, 38 ölkədən  100-ə yaxın kardioloq və kardiocərrah iştirak etmişdir.

Konqresin ilk günündə yerli və xarici mütəxəssislərin 50-yə yaxın məruzəsi dinlənilmiş və tibb elminin bu sahədəki son yenilikləri müzakirə edilmişdir. Konqres mayın 19-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 19 may.- S.6.