Renat AKÇURİN: Azərbaycan səhiyyə, xüsusilə ürək-damar cərrahiyyəsi sahəsində qazandığı uğurlara görə regionun əsas mərkəzinə çevrilmişdir

 

AzərTAc xəbər verir ki, bu sözləri 3-cü "Bakı ürək günləri" Beynəlxalq konqresində iştirak edən Rusiya Elmlər Akademiyasının akademiki, Moskvadakı A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutunun Ürək-Damar Cərrahiyyəsi şöbəsinin müdiri, kardiocərrah Renat Akçurin jurnalistlərə müsahibəsində demişdir.

R.Akçurin bildirmişdir ki, Azərbaycan hazırda regionda bu sahə üzrə hər kəsin tanıdığı, bəzi məsələlərdə faydalanmağa çalışdığı bir mərkəz rolunu oynayır.

Qonaq qeyd etmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsində siyasətinin məntiqi davamı olaraq Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması Azərbaycanda kardiologiyanın və ürək damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olmuşdur.

 

 

Azərbaycan.-2013.- 19 may.- S.6.