ABŞ konqresmeni Ruben Hinojosa Azərbaycanın Respublika Günü münasibətilə bəyanat vermişdir

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü konqresmen Ruben Hinojosa  Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyanat vermiş və bu münasibətlə öz təbriklərini çatdırmışdır.

Ruben Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə bolşevik rejimi tərəfindən son qoyulduğunu qeyd etmişdir.

Konqresmen Azərbaycan və ABŞ-ın yüksək münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirmişdir. Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu təqdir etmişdir.

 

 

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 22 may.- S.8.