Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

 

Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Almaniya-Azərbaycan münasibətləri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 ildən artıq müddət ərzində bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənmiş və inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində  Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.

Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğuAvropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcəkdir. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik.

Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm.

 

 

Yoaxim QAUK,

Almaniya Federativ Respublikasının Prezidenti

 

Azərbaycan.-2013.- 24 may.- S.1.