Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyevə

 

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət ehtiramla,

 

 

Qardaşınız,

Abdullah bin Əbdüləziz Al SƏUD,

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı

 

Azərbaycan.-2013.- 24 may.- S.1.