Argentina Respublikasının Prezidenti zati-aliləri

xanım Kristina Fernandes de Kirşnerə

 

Hörmətli xanım Prezident!

Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 may 2013-cü il

Azərbaycan.-2013.- 25 may.- S.2.