Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi, həmçinin dövlətinizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qədim tarixə malik gözəl münasibətlərin olduğunu nəzərə alaraq, gələcəkdə də bu əlaqələrin hər iki ölkənin xalqlarının qarşılıqlı mənafeyi istiqamətində daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə, eləcə də dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olacağına əminliyimi bildirirəm.

Uca Tanrıdan zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına isə tərəqqi və səadət diləyirəm.

 

 

Mahmud ƏHMƏDİNEJAD,

İran İslam Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 25 may.- S.2.