Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli əməkdaşlıq gələcəkdə qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımıza firavanlıq gətirəcəkdir.

Fürsətdən istifadə edərək zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.

 

 

 

Asif Əli ZƏRDARİ,

Pakistan İslam Respublikasının Prezidenti