Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Hazırda Azərbaycanda sabit siyasiictimai vəziyyət, dinamik inkişaf edən iqtisadiyyat, xalqın həyat səviyyəsinin ardıcıl artması müşahidə olunur. Çin tərəfi bunu müsbət qiymətləndirir və əmindir ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan öz inkişafında daim yeni uğurlar qazanacaqdır.

Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasından keçən 21 il ərzində Çin ilə Azərbaycanın dostcasına əməkdaşlıq münasibətləri çox yaxşı inkişaf edir, bütün sahələrdə tərəfdaşlığın fəal nəticələri vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə bundan sonra da ənənəvi dostluğu möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə Çin-Azərbaycan münasibətlərini daim inkişaf etdirməyə hazırdır.

Ölkənizə firavanlıq, xalqınıza səadət diləyirəm.

Sizə möhkəm cansağlığı və rifah arzulayıram.

Hörmətlə,

 

 

Si TSZİNPİN, 

Çin Xalq Respublikasının Sədri

Azərbaycan.-2013.- 26 may.- S.1.