Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Qırğız xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin!

Azərbaycan Respublikası özünün məqsədyönlü strategiyasının uğurla həyata keçirilməsi sayəsində sosial-iqtisadi inkişafda sanballı nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Potensialı böyük perspektivlərə malik olan Qırğız-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi qarşılıqlı faydalı tərəfdaşlığa şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

 

Almazbek ATAMBAYEV,

Qırğız Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 26 may.- S.2.