Kolumbiyalı senator Aleksandra Moreno Pirakive Azərbaycan xalqını təbrik etmişdir

 

Kolumbiya Respublikası Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin üzvü, senator Aleksandra Moreno Pirakive ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

Təbrikdə deyilir: Kolumbiya Respublikası Senatının İkinci Komitəsi adından və şəxsən öz adımdan Azərbaycan xalqına ən səmimi salamlarımızı çatdırır və fürsətdən istifadə edərək Azərbaycan Respublikası ilə dostluğumuzu, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində maraqlı olduğumuzu bir daha təsdiqləyir, əməkdaşlığımızı davam etdirməyi arzu edirik.

Öz Vətənini uğurlu inkişaf yoluna çıxarmış və xalqını daim şərəflə təmsil etmiş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin bu günlərdə qeyd edilməsi ilə əlaqədar Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Eyni zamanda, 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, bu tarix Azərbaycan üçün 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranması qədər mənalı bir mərhələnin başlanğıcı olsun.

Ümidvarıq ki, ölkələrimiz arasında dostluq münasibətləri gündən-günə möhkəmlənəcək, xalqlarımız birgə çalışaraq ikitərəfli münasibətlərimizin inkişafına daha da təkan verəcək və daim qarşılıqlı anlaşma içində yaşayacaqlar.

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.