Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Milli müstəqillik günü münasibətilə İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.

Ölkələrimiz arasındakı mövcud səmərəli əməkdaşlığımız güclü və dərin kökləri olan dostluq əlaqələrinə, iqtisadi və mədəni sahədə getdikcə artan münasibətlərə əsaslanır. Ölkələrimizin maraqlarına xidmət edən strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyimizə inanıram.

Məhz belə bir əhval-ruhiyyə ilə şəxsən Sizə və xalqınıza cansağlığı arzu edirəm.

 

 

Ciorcio NAPOLİTANO,

 

İtaliya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 28 may.- S. 3.