Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Sloveniya xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan, ölkənizə hərtərəfli tərəqqi və çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

İnanıram ki, Sloveniya və Azərbaycan arasındakı əlaqələr müntəzəm dialoq,  qarışlıqlı anlaşma və dostluq ruhunda davam edib bundan sonra da regionda sülh və sabitlik maraqlarına xidmət edəcək.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.

Dərin hörmətlə,

 

 

Borut PAHOR,

 

Sloveniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 30 may.- S. 3.