Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident, əziz qardaşım!

 

Dostqardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm.

Azərbaycan ilə gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və "bir millət, iki dövlət" devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik.

Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm.

Fürsətdən istifadə edərək Zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dostqardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm.

Hörmətlə,

 

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 30 may.- S. 3.