Azərbaycan Prezidenti İlham Əliyevin adından bir qrup ABŞ
konqresmeninin şərəfinə işçi lanç
verilmişdir
Mayın
29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
adından bir qrup ABŞ konqresmeninin şərəfinə
işçi lanç verildi.
Qonaqları bir daha salamlayan dövlət
başçısı ölkələrimiz arasında dostluq
münasibətlərinin uğurla davam edəcəyinə əminliyini
ifadə etdi. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq
əlaqələrinin böyük tarixi ənənələrə
malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz
arasında daha sıx əməkdaşlığın
qurulmasına qarşılıqlı marağın olduğunu
qeyd etdi. Azərbaycan-ABŞ tərəfdaşlığının
artıq sınaq dövründən
çıxdığını deyən dövlətimizin
başçısı ölkələrimizin həqiqi və
etibarlı dostlar olduğunu vurğuladı. Prezident İlham Əliyev
müxtəlif sahələrdə, o cümlədən
qanunverici və icraedici orqanlar arasında əlaqələrin
ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi
işinə təkan verəcəyinə ümidvar olduğunu
bildirdi.
ABŞ
senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və "Gələcəyə
baxış" Azərbaycan-ABŞ Forumunda əhatəli
çıxışına görə dövlət
başçısına minnətdarlığını
bildirdi. "Gələcəyə baxış" Azərbaycan-ABŞ
Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi
baxımından yeni bir təcrübə olduğunu
vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da
möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2013.- 30 may.- S. 2.