Azərbaycan Prezidenti İlham Əliyev ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, forumun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

 

 AzərTAc

 

Azərbaycan.- 2013.- 30 may.- S. 2.