Azərbaycan-Belçika əlaqələrinin perspektivləri müzakirə edilmişdir

 

Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Belçika şahzadəsi Stefani Vindiş-Qrats ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Əbülfəs Qarayev qonağa ölkəmizin mədəni həyatı və turizm potensialı haqqında məlumat vermiş, qarşılıqlı əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulamışdır.

Azərbaycan və Belçika arasında dərin dostluq əlaqələrindən danışan Əbülfəs Qarayev münasibətlərimizin hazırkı inkişaf səviyyəsindən məmnunluğunu ifadə etmişdir.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət olunduğuna görə Azərbaycan tərəfinə minnətdarlığını bildirən Stefani Vindiş-Qrats Belçika Krallığının ölkəmiz ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı anlaşmadostluq prinsiplərinə əsaslanan Azərbaycan-Belçika əlaqələrinin böyük perspektivləri olduğu vurğulanmış və gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir.

Həmçinin mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq  və digər mövzular müzakirə olunmuş, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2013.- 31 may.- S. 6.