Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, əziz həmkarım!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Estoniya xalqı və şəxsən mən ölkələrimiz arasında onilliklərlə inkişaf edən yaxşı əlaqələrə böyük önəm veririk. Sizi əmin etmək istəyirəm ki, Estoniya artıq malik olduğumuz güclü əlaqələri saxlamağa çalışacaqdır.

Zati-alinizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

 Toomas Hendrik İLVES,

Estoniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.