Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Litva xalqı adından şəxsən öz adımdan Sizə xalqınıza səmimi təbriklərimi, Azərbaycanın rifahı təhlükəsizliyi, davamlı inkişafı əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram.

Uzun illərdir ki, Azərbaycan regionda Avropa İttifaqının mühüm tərəfdaşıdır. Ona görə də Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirmək üçün Sizə və ölkənizə səmimi qəlbdən dinamik inkişaf arzulayıram.

Qarşıdakı altı ayda Litva Avropa İttifaqı Şurasına sədrlik edəcəkdir. Çox ümidvaram ki, bu ilin sonunda baş tutacaq Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində ümumi nailiyyətlərimizi birləşdirib Azərbaycan ilə Avropa İttifaqı arasında daha güclü əməkdaşlıq əlaqələri qura biləcəyik.

Respublika Günü münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Dalya QRİBAUSKAYTE,

Litva Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.