Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz cənab Prezident!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Rumıniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, Azərbaycan xalqına isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.

Bununla bərabər, hakimiyyətiniz dövründə əldə olunan və Azərbaycan Respublikasının demokratik inkişafına, müasirləşməsinə töhfəsini verən nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm.

Fürsətdən istifadə edərək strateji tərəfdaşlığın yaradılması ilə bağlı Birgə Bəyannamə və strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planına uyğun olaraq Rumıniya ilə Azərbaycan arasındakı enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğumu bildirmək istəyirəm. Eyni zamanda, Sizi əmin etmək istəyirəm ki, Rumıniya bundan sonra da Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, həmçinin Azərbaycan ilə AvropaAvratlantik strukturlar arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəkdir.

Əziz cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Trayan BESESKU,

Rumıniyanın Prezidenti

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.