Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın

 keçmiş prezidenti Valdis Zatlersi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlersi qəbul etmişdir.

Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun genişləndirilməsində önəmi vurğulandı, Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.