Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Üçüncü Bakı

 Beynəlxalq Humanitar Forumu çərçivəsində görüşlər keçirmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində görüşlər keçirmişdir.

Birinci xanım Mehriban Əliyeva əvvəlcə Latviyanın sabiq prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlere ilə görüşdü.

Mehriban xanım Əliyeva xanım Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu bildirdi.

Görüşdə Üçüncü Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti vurğulandı, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

 

*  *  *

 

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən "Dər əl-Əsər Əl-İslamiyyə" - İslam abidələri Fondunun direktoru şeyxə Hussa Sabah Əl-Səlim əl-Sabahla da görüşdü.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti, mədəniyyətlərarası dialoqun xalqların və ölkələrin əlaqələrinin inkişafında rolu vurğulandı.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.