Əlcəzair Xalq Demokratik Respublikasının

Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - İnqilab Günü münasibətilə Sizibütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.