Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Pakistan dövləti və xalqı adından, şəxsən öz adımdan zati-alilərinizi səmimi-qəlbdən təbrik edirəm. Növbəti dəfə Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan inamının parlaq nümunəsidir.

Pakistan ilə Azərbaycanı möhkəm dostluq əlaqələri birləşdirir. Qardaş ölkələrimiz arasında əlaqələr hər zaman sıx və dostcasına olmuşdur. Əminəm ki, Sizin müdrik rəhbərliyiniz və qarşılıqlı səylərimiz nəticəsində bu əlaqələr gələcəkdə daha da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqına rifah arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram.

Hörmətlə,

 

 

Məhəmməd Nəvaz ŞƏRİF,

Pakistan İslam Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.