Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Son 10 ildə Azərbaycan yüksək sürətlə inkişaf edərək orta gəlirli ölkəyə çevrilmişyoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Bütün bunlar Azərbaycanın gələcəkdə daha yüksək nailiyyətlər əldə edəcəyindən xəbər verir.

Dünya Bankı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi istiqamətində göstərdiyiniz səyləri bundan sonra da dəstəkləyəcəkdir. Azərbaycan hökuməti ilə birgə işləyərək müvafiq investisiya layihələrinin hazırlanıb həyata keçirilməsində qlobal bilik və təcrübəmizi, həmçinin əldə etdiyimiz uğurları Azərbaycan vətəndaşları arasında daha geniş şəkildə bölüşməyə həmişə hazırıq.

Yeni prezidentlik müddətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Cim Yen KİM,

Dünya Bankının prezidenti

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.