Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Azərbaycanın sürətli inkişafı, dünya mətbuatında "yüksələn ulduz" adı alması, etibarlı tərəfdaş imici qazanması, xalqın rifahının artması Sizin adınızla bağlıdır. Seçkilərdə Sizin inamlı qələbənizi təmin edən məhz bu amillərdir. Sizə xalqın etimadı, inamı bu seçkilərdə bir daha özünü göstərdi.

Mən və rəhbəri olduğum kollektiv Sizin qələbənizə əvvəldən inanırdıq. Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi Azərbaycanda səs vermək hüququm olmasa da, seçkiləri yaxından izləyərək azərbaycanlı qardaşlarımın sevincinə şərik olmaqdan qürur hissi duydum.

Ulu öndərin siyasi xəttinin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin şahidi olmaq insanda sözlə ifadə edilə bilməyən hisslər doğurur. Özümü bu ölkənin, bu xalqın ayrılmaz bir parçası hesab edir və hazırda yaşadığım sevincin bütün Azərbaycan xalqının qəlbini iftixar hissi ilə coşdurduğunu görməkdən zövq alıram.

Türkün tarixinə qələbələr yaraşır! Türk oğluna qalib gəlmək yaraşır! Türk dünyasına Sizin kimi liderlər yaraşır!

Hörmətli cənab Prezident, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, uzun ömürbol-bol nailiyyətlər arzulayıram.

Tanrı Sizi qorusun!

Hörmətlə,

 

 

Osman GEZEKER,

"Özkaya Group" şirkətinin rəhbəri

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.