Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

Sizin növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz haqda xəbər bizi çox məmnun etdi. Azərbaycan xalqının bu seçimi hərtərəfli ölçülüb-biçilmiş seçimdir. Sizin namizədliyinizin xeyrinə verilmiş səslərin faizi buna gözəl sübutdur. Şübhə yoxdur ki, Sizin yeni prezidentliyiniz müddətində Rusiya-Azərbaycan münasibətləri daha da dinamik və ardıcıl olacaq, rus və Azərbaycan xalqlarının çoxillik dostluğunun təməlinə çevriləcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar günlərdə atanız, Azərbaycanın ümummilli lideri, çoxillik dostluq telləri ilə bağlı olduğumuz Heydər Əliyevi böyük ehtiram hissi ilə xatırlayırıq. Heydər Əliyevin çox güclü yaddaşı vardı və həyatının mürəkkəb günlərində onunla yanaşı olmuş insanları xatırlayırdı.

Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən firavanlıq, tərəqqi və uğurlar arzulayırıq.

Rusiya Jurnalistlər İttifaqı da öz növbəsində, Sizinlə müzakirə etdiyimiz Azərbaycanla müştərək layihələri davam etdirməyə hazırdır. Bu, ilk növbədə, "Xəzər: gələcək naminə tərəfdaşlıq" adlı genişmiqyaslı aksiyaya aiddir. Fikrimizcə, bu layihədə iştirakınız bir dövlət kimi Azərbaycanın və tanınmış siyasi xadim kimi Sizin şəxsi nüfuzunuzu daha da artıracaqdır.

Ən xoş arzularla,

 

 

Vsevolod BOQDANOV,

Rusiya Jurnalistlər İttifaqının sədri

 

 

Rafael HÜSEYNOV,

Rusiya Jurnalistlər İttifaqının katibi

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.