Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbəniz seçicilərin Sizə inam və etimadının göstəricisidir. Əminəm ki, yeni prezidentliyiniz dövründə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerjinikbinlik arzulayıram. Qoy həyatda uğur, firavanlıq, həmkarlarınızın və dostlarınızın, doğmalarınızın və yaxınlarınızın diqqət və qayğısı həmişə Sizinlə olsun. Sizə və doğmalarınıza əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

 

 

Tatyana MOSKALKOVA,

Rusiya Federasiya Federal Məclisi Dövlət Dumasının deputatı

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.