Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Makedoniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, qarşıdakı illərdə əlaqələrimiz dostluq və əməkdaşlıq ruhunda davam edəcəkdir.

Cənab Prezident, yaxın gələcəkdə Sizinlə bir daha görüşmək ümidi ilə ən yüksək ehtiramımı Zati-alinizə çatdırıram.

Hörmətlə,

 

 

George İVANOV,

Makedoniya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  2 noyabr.- S. 1.